Türkiyədə ötən ilin fevralın 6-da baş verən dəhşətli zəlzələdə həyat yoldaşı və oğlunu itirən AK Partiya Qaziantep təşkilat sədri Murat Çətin özündən 20 yaş kiçik olan vəkil Naz Akdoğanla ailə həyatı qurub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ailəsinin ölümündən çox keçməsə də, 52 yaşlı Murat Çətin özünə dəbdəbəli toy mərasimi təşkil edib.
Odatv-nin xəbərinə görə, dəbdəbəli toy mərasiminə məşhur siyasilər qatılıb.
Onların toyunda hakim iqtidar partiyası olan AK Partiya şəhər təşkilatının sədri Erkan Kandemir, AK Partiyanınparlamentdəki qrupunun sədr müavini, sabiq nazir Əbdülhamit Gül, Qaziantep valisi Kamal Çeber, Kilis valisi Tahir Şahin, enerji təbii ehtiyatlar nazirinin müavini Abdullah Tancan, AK Partiyalı deputatlar - İrfan Çelikaslan, Derya Bakbak, Əli Şahin, Məsud Bozatlı, CHP-li deputat Melih Meriç, MHP-li təşkilat sədri Mustafa Bozgeyik, Qaziantep Universitetinin rektoru Arif Özaydın və başqa vəzifəli şəxslər şənləniblər.
Xatırladaq k, Çətinin diş həkimi olan xanımı Aylin Dilbaz Çətin və tələbə oğlu Mehmet Fevzi Çətin zəlzələdə ölüblər.
Ləman
MİA.AZ