Livanın cənubunda İsrail ordusu ilə toqquşmalarda "Hizbullah" Hərəkatının daha bir üzvü öldürülüb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə "Hizbullah" qısa bəyanat verib.
Livan mediası yazır ki, bəyanatda İsraillə savaşda Mahmud Əli Həmmud adlı döyüşçünün həyatını itirdiyi bildirilib.
Xatırladaq ki, 2023-cü il oktyabrın 8-dən etibarən İsrail ordusu ilə Hizbullah yaraqlıları arasında toqquşma davam edir.
İndiyədək "Hizbullah"ın 220 üzvü, İsrailin isə 11 hərbçisi və 6 mülki vətəndaşı həlak olub.
Tahir Şəlvəli
MİA.AZ