Nigeriya ordusu ölkə prezidentini devirmək cəhdi olmadığını bəyan edib.

Mia.az-ın xarici mətbuata istinadla məlumatına görə, ordunun mətbuat xidməti yayılan xəbəri təkzib edib.

"Mətbuatda iddia olunan çevriliş cəhdi iddiaları haqda xəbərlər əsassızdır. Bleə bir cəhd olmayıb. Əksinə, ordu demokratiyanı qorumaq əzmindədir", - deyə, bildirilib.

Xatırladaq ki, yerli mətbuat bir qrup ordu mənsubunun ölkə prezidentni devirməyə can atdığını yazıb. Qeyd olunub ki, bu səbəbdən  Prezidentin mühafizəçiləri həyəcan siqnalı ilə qaldırılıb və onlar döyüş hazırlığı səıviyyəsinə gətirilib. Bununla yanaşı, Nigeriya prezidenti Bola Əhməd Tinubu təcili toplantılar keçirir.

Onu da qeyd edək ki, 220 milyon əhalisi olan Nigeriyada sürətli bahalaşma gedir, yerli valyuta dollar qarşısında kəskin dəyər itirib. Buna parlale olaraq, zəngin neft və təbii qaz ehtiyatlarına sahib olan iqtisadiyyatında gəlir bərabərsizliyi, üstəlik, silahlı dəstələrin at oynatması Nigeriyada xaosun hökm sürməsinə səbəb verib: "Ölkə hər an daha dəhşətli qan çanağına dönmək təhlükəsi ilə üz-üzədir".

Tahir Şəlvəli

MİA.AZ