Mahnıları, geyim seçimləri və cəsur rəqsləri ilə tez-tez gündəmə gələən türkiyəli məşhur müğənni Hadisə bu dəfə şəxsi həyatı ilə medianın manşeti olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, İstanbulda bir əyləncə mərkəzində məşhur iş adamı Yalçın Ayaydının 28 yaşlı oğlu Mert Ayaydınla görüntülənib.

Müğənni ilə biznesmenın ərköyün oğlu ətrafa məhəl qoymadan rəqs edə-edə dəqiqələrlə öpüşüblər.

Türkiyə mətbuatı yazır ki, ikili bir müddət sonra əyləncə mərkəzindən birgə ayrılıblar.

Ləman

MİA.AZ