Azərbaycanda komitə sədri ilə icra başçısı məhkəməyə verilib.

 Bu barədə Mia.az-a daxil olan məlumata görə, məhkəməyə verilən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla Xocavənd rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynovdur: «Adıçəkilən məmurları məhkəməyə Xocavənd rayon sakini Pərviz Akif oğlu Vəliyev verib. O, bu günədək məcburi köçkün kimi müavinət ala bilməməsində Əli Həsənovla Eyvvaz Hüseynovu günahkar bilir».

 Məlumata görə, vətəndaşın şikayətinə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə baxılıb: «İş hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Mirzə Tağızadənin sədrliyi ilə araşdırılır. Hakim şikayət üzrə iyunun 27-nə iclas saatı təyin edib».

Mia.az