Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin əməliyyat müvəkkili Sənan Əsədov Siyəzən rayon Polis Şöbəsinin rəisi təyin olunub. 

Xatırladaq ki, Sənan Əsədov 2013-cü il tarixdə Beyləqan rayon Polis Şöbəsinin rəis müavini olan zaman işində verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilərək sərəncama göndərilib. 

Sonra o, DİN-nin Baş Cinayət Axtarış İdarəsində əməliyyat müvəkkili vəzifəsinə təyin edilib. 

Qeyd edək ki, bir müddət əvvəl Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Siyəzən Rayon Polis Şöbəsinin rəisi Nizami Əlirzayevin tutduğu vəzifədən azad edilməsi barədə əmr imzalayıb(interpress.az).