İsrailin hücumları nəticəsində Qəzza zolağına həlak olan mülki insanların sayı günü gündən artır.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, müharibənin 137-ci günündə İsrail Qəzzanın bır sıra bölgələrini bombalayıb.

Fələstin Səhiyyə Nazirliyinin məlumatına əsasən, bombardman nəticəsində son 24 saatda daha 103 fələstinli həlak olub, 142 nəfər yaralanıb: "Bununla da okryabrın 7-dən bu yana Qəzzada həyatını itirənlərin sayı 29 min 195 nəfərə, yaralananların sayı isə 69170-ə çatıb".

Zülfiyyə

MİA.AZ