İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində və Şərqi Qüdsdə evlərə basqınları dayandırmayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Məhbuslar Dərnəyi son hesabatı yayıb.

Günlük hesabata görə, İsrail qüvvələri dünəndən etibarən işğal altındakı Şərqi Qüdslə yanaşı, İordan çayının qərb sahilindəki Hebron, Beytüllahim, Ramallah, Nablus və Cenin şəhərlərində bir sıra evlərə basqın edib: "Nəticədə ümumilikdə 20 fələstinli saxlanılaraq naməlum istiqamətə aparılıblar".

Məlumata görə, bununla da 2023-cü il oktyabrın 7-dən bu yana İordan çayının qərb sahilində həbs edilən fələstinlilərin sayı 7120-yə yüksəlib.

Zülfiyyə

MİA.AZ