İtaliya fələstinlilərə əlavə yardım göstərəcək.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İtaliya baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani açqılama verib.

İsrailin hücumu altında olan Qəzzada əhalinin 85 faizinin evlərini tərk etdiyi və çoxlu sayda mülki itki olduğu xatirladan nazir qeyd edib ki, hazırda orada vəziyyət dramatik xarakter alıb: "Humanitar böhranın daha da ağırlaşması səbəbilə biz yardımımızı 10 milyon avro artırdıq".

Nazir bölgədə problemin həll yolunun iki dövlətli model olduğunu da sözlərinə əlavə edib: "Artıq müstəqil Fələstin dövləti elan olunmalıdır...".

Zülfiyyə

MİA.AZ