Küveyt əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah bu gün Məclisi (parlament) buraxıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə fərman Küveyt Əmirliyi Şurasında yayımlanıb.
Fərmanda deyilir: "Konstitusiyanın 107-ci maddəsinə uyğun olaraq, Parlamentin konstitusiya prinsiplərini pozması, yuxarı orqanlara lazımi hörmət göstərməməsi və qəsdən təhqiredici və nəzarətsiz ifadələr işlətməsi səbəbindən ölkə Məclisi bu gündən buraxılır".
Baş nazir və nazirlərə fərmanın tələblərinin yerinə yetirilməsi barədə tapşırıq verilib.
Hökumət və yerli mətbuat fərmanın detalları haqda əlavə məlumat verməyib.
Zülfiyyə
MİA.AZ