Türkiyə ordusu Suriyada PKK-lıları zərərsizləşdirib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi qısa açıqama verib.
Məlumata görə, heç bir yerdə terrora və terrorçulara keçid yoxdur, olmayacaq: "Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz Suriyanın şimalında Fərat Qalxanı və Barış bulağı bölgələrində aşkarladıqları 3 PKK/YPG terrorçusunu xain məqsədlərinə çatmamış zərərsizləşdirib. Əməliyyatlarımız son terrorçu zərərsizləşdirilənə qədər qətiyyətlə davam edəcək".
Samir Musayev
Mia.az