İsrailin 132 gündür hücumlarını davam etdirdiyi Qəzzada can itkisi artıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyinin Qəzza üzrə sözçüsü Əşrəf əl-Qudra hesabat yayıb.

Onun sözlərinə görə, son 24 saatda Qəzza zolağında daha 87 fələstinli öldürülüb, 104 nəfər isə yaralanıb: "Bununla da oktyabrın 7-dən bu yana ölənlərin sayı 28 min 663-ə, yaralıların sayı isə 68 min 395-ə çatıb".

Tahir Şəlvəli

MİA.AZ