"Qəzzada məktəblərin 30 faizi birbaşa raket zərbələrinə məruz qalıb".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı BMT-nin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında açıqlayıb.

Düjarrik BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisindən (OCHA) aldığı məlumata istinadən bildirib ki, bölgədə İsrailin hücumlarının təhsilə təsirini öyrənmək üçün peyk görüntüləri vasitəsiylə araşdırma apaırlıb: "Araşdırmalar nəticəsində müəyyən olunub ki, Qəzzada 563 məktəb binasından 30 faizi, daha dəqiqi, 162-si birbaşa vurularaq sıradan çıxaırlıb. 26 məktəb isə ümumiyyətlə, tamamilə dağıdılıb. Bir sözlə, təxminən 175 min şagird və 6500 müəllimin olduğu məktəblər zərər çəkib. Hazırkı vzəiyyətə görə, Qəzzada məktəblərin ən azı 55 faizi ya tamamilə yenidən qurulmalı, ya da mütləq əsaslı təmir olunmalıdır".

Tahir Şəlvəli

MİA.AZ