İsrailin Qəzza zolağına 130 gündür davam edən hücumlarında ölənlərin sayı hər keçən gün çoxalır.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda Fələstin Səhiyyə Nazirliyinin Qəzza üzrə sözçüsü Əşrəf əl-Qudra günlük brifiqdə açıqlama verib.

O bildirib ki, Qəzza zolağına son 24 saatda 133 mülki şəxs həlak olub, 162 nəfər isə yaralanıb: "Bununla da 130 gündə Qəzzada ölənlərin sayı 28 min 473-ə, yaralı sayı isə 68 min 146-ya çatıb".

Sözüçü qeyd edib ki, hələ də dağıntılar altında 7500-də insanın cəsədi qalır.

Firudin Səfərli

MİA.AZ