17 yaşında olarkən - 2001-ci ildə Braziliyada keçirilən "MISS Globe" gözəllik yarışmasında birinci seçilən Ebru Şancıya kələk gəliblər.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə o, İnstagram-dakı səhifəsində paylaşım edib.
2015-ci ildə futbolçu Alparslan Öztürklə evləndikdən sonra modelliyin başını buraxan və uzun müddətdir Londonda gəlinlik mağazası olan Şancı bildiirb ki, türk şəriki tərəfindən aldadılıb: "Londondakı mağazamdan ayrılma səbəblərini qanuni yollarla qarşı tərəflə razılığa gələ bilməsəm, o zaman açıqlayacağam. Təəssüf ki, türkün türkü qürbətdə "öpməsi" doğrudur. Son olaraq qarşı tərəfin saxtakarlığına son qoymasını tələb edirəm...".
Keçmiş model yeni mağaza açdığınn anonsunu da verib.
Ləman
MİA.AZ