ABŞ müdafiə naziri Lloyd Ostin yenidən xəstəxanaya aparılıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
Bildirilib ki, 70 yaşlı Lloyd Ostinin sidik kisəsində problem qəfildən pisləşib.
Pentaqonun açıqlamasına əsasən, o, "Walter Ried" Milli Hərbi Tibb Mərkəzində reanimasiyada mülaicə olunur.
Xatırladaq ki, Ostin ötənilin dekbarın sonunda prostat xərçəngindən əməliyyat edilib. Həmin vaxt onun xəstəxanada oması gizli saxlanılıb. Bu isə hökumətlə onun arasında böhrana səbəb olmuşdu.
Tahir Şəlvəli
MİA.AZ