İsrail polisi daha 20 fələstinlini həbs edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Məhbuslar Dərnəyi məlumat yayıb.
Bildirilib ki, İsrail qüvvələri bu gün işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə fələstinlilərə qarşı yeni həbslər həyata keçirib: "İsrail polisi bu gün daha 20 nəfəri heç bir rəsmi ittiham irəli sürmədən saxlayıb. Hazırda onların hara aparılması dəqiqləşdirilir".
Məlumatda deyilir ki, 7 oktyabr 2023-cü il tarixindən bu yana İsrail tərəfindən İordan çayının qərb sahilində 6920 fələstinli saxlanılıb.
Firudin Səfərli
MİA.AZ