"HƏMAS-ın atəşkəs təklifi qəbulolunmazdır".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İsrailin baş naziri Netanyahu deyib.

O bildirib ki, HƏMAS-la Parisdə aparılan danışıqlar fiaskoya uğrayıb: "Biz onların şərtləri ilə atəşkəsi rədd edirik. Bu, bizm üçün qəbulolunmazdır".

Baş nazir qeyd edib ki, orduya fələstinlilərin sığındığı Rəfah bölgəsinə hücuma hazırlaşmaq barədə əmr verib.

Tahir Şəlvəli

MİA.AZ