"İsrailin Moskvadakı səfirinin bəyanatları qəbuledilməz və təxribat xarakterlidir".

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu, Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında yer alıb.

Rusiya XİN bildirib ki, İsrailin Moskvadakı səfiri Simona Halperinin "Kommersant” qəzetinə müsahibəsində Rusiyaya qarşı sözləri təəssüf doğurur:  "Müsahibədə Halperin “Beynəlxalq Holokostu Anma Gününün Rusiyada rəsmi olaraq elan edilmədiyini bildirib və aşağıdakı ifadələr səsləndirilib. Bununla da İsrail səfiri müsahibədə Rusiyaya qarşı qəbuledilməz və təxribat xarakterli açıqlamalar verib. Yada salmaq yerinə düşər ki, 27 yanvar BMT Baş Assambleyası tərəfindən Rusiyanın təşəbbüsü ilə Beynəlxalq Holokostu Anma Günü elan edilib. Bu tarix Rusiya tərəfindən seçilməyib. 1945-ci ilin elə həmin günü Qırmızı Ordu Polşadakı Osvensim-Birkenau həbs düşərgəsini nasistlərdən azad etdi. Bu məlumat səfirin açıqlamalarının absurd olduğunu göstərir".

Bəyanatda Halperinin Rusiya xarici işlər naziri Sergey Lavrovun Holokostla bağlı əvvəlki açıqlamalarını tənqid etdiyi vurğulanıb: "Holokost müxtəlif etnik və sosial qrupların nümayəndələrinin nasistlər tərəfindən təqib edilməsi və kütləvi şəkildə məhv edilməsidir. Bu, ən mühüm beynəlxalq sənədlərdə də qeyd olunub. İsrail səfirinin və "Komersant"ın müxbirinin Ukraynadak nasistlərə toxunmaması da diqqət çəkir. Əslində Holokost qurbanları və onları xilas edən qəhrəmanların alçaldıldığı yer Ukraynadır. Müsahibədə Qırmızı Ordu əsgərlərinin abidələrinin dağıdılmasının dövlət siyasəti səviyyəsinə çatdırıldığı Polşa, Çexiya və Baltikyanı ölkələrin adı belə çəkilməyib. Holokostu dayandıran əsgərlərin məzarları tez-tez dağıdılır. Səfir unutmamalıdır ki, onun Holokostla bağlı təkbaşına şərh vermək hüququ və yüksək mənəvi səlahiyyəti yoxdur”.

Samir Musayev

MİA.AZ