Türkiyənin Xarici işlər naziri Hakan Fidan Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani ilə telefonla danışıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, tərəflər Qətər və Misirin İsraillə HƏMAS-a təqdim etdiyi "çərçivə razılaşması" ilə bağlı son vəziyyət müzakirə ediblər.
Məlumata görə, nazir Fidan Türkiyənin sözügedən razılaşmaya dəstəyini bir daha vurğulayıb.
Firudin Səfərli
MİA.AZ