Bu gün Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında əsir mübadiləsi həyata keçirilib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, həyata keçirilən uğurlu vasitəçilik səyləri ölkənin Rusiya və Ukrayna ilə möhkəm münasibətlərinə əsaslanır.
Bəyanatda Abu Dabinin Ukrayna böhranının sülh yolu ilə həlli istiqamətində səylərini davam etdirəcəyi qeyd olunub.
Xatırladaq ki, yayılan məlumata görə, budəfəki əsir mübadiləsində 207 ukraynalı əsirə qarşı 195 rus əsgəri dəyişdirilib.
Tahir
MİA.AZ