Pakistanda deputatlığa namizədin ofisinə bomba atılıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Pakistanın Bəlucistan əyalətinin polis bölməsi məlumat yayıb.
Bildirilib ki, sabah keçiriləcək parlament seçkilərinə qatılan müstəqil namizəd Əsfəndiyar Xan Kakarın ofisinə edilən bomba atılıb.
Məlumata görə, nəticədə 12 nəfər ölüb, 30-dan çox adam yaralanıb: "Hücum zamanı Əsfəndiyar Xan Kakarın ofisində olmayıb. Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib".
Firudin Səfərli
MİA.AZ