"Kehribar" mahnısı ilə məşhurlaşan müğənni Ebru Yaşar yeni duet oxuyub.

Mia.az Türkiyə istinadla xəbər verir ki, 4 ay əvvəl Burak Bulut ilə birlikdə oxuduğu "Kehribar" mahnısı dinləyici rekordları qıran Ebru Yaşar yeni mahnısı "Yoksun"u tamaşaçılara təqdim edib.

O, "Yoksun"u həmkarı Siyamla duet oxuyub. Sözləri və musiqisi Esad Fidan, Siyam, Ramazan Kızılpınara aid olan "Yoksun" mahnısının aranjemanını Esad Fidan edib. Rejissorluğu Melisa Avuncan və Ecem Gündoğdu olan mahnının klipi bütün rəqəmsal platformalarda yayımlanıb

Mahnıdan ir parçanı "İnstaqram" hesabında yayımlayan Ebru Yaşar yazıb: "Ümid edirəm ki, bəyənərsiniz, dinləyin".

Yeni albom çıxaracağı müjdəsini verən Ebru Yaşar əlavə edib ki, 8 və ya 10 mahnıdan ibarət yeni albom hazırlanır: "Albom hazırlamağı çox sevirəm, mahnılarımın unudulmasını istəmirəm".

Ləman

MİA.AZ