Bir il əvvəl "Parma"dan "Fənərbağça"ya keçən Jayden Oostervolde Avropa klublarının radarına düşüb. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Everton", "İnter" və "Napoli"22 yaşlı holland futbolçunün İstanbul klubunun qapısını döyüblər.

Məlumata görə, klublar "Fənərbağça"ya 18-20 milyonluq təkliflər veriblər.

Xəbərdə qeyd olunub ki, çempionluq mübarizəsi aparan "Fənərbağça" hazırda Oostervoldeni satmaq fikrində deyil.

Xatırladaq ki, holland müdafiəçi "Fənərbağça"nın heyətində 30 matça çıxıb. O, bu matçların 13-də sol cinah müdafiəçisi, 17-də isə mərkəz müdafiə xəttində çıxış edib.

Fərid

MİA.AZ