"Qırmızı dənizdə ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisini vurduq".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sensasiyalı məlumatı Yəməndə İranın dəstəklədiyi husilər yayıb.

Husilərin Hərbi Sözçüsü Yəhya Seri X sosial media platformasında bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə aid "USS Gravely" esminesini "uyğun dəniz raketləri" ilə vurulub.

O, hücumun Fələstin xalqına dəstək, ABŞ və İngiltərənin Yəmənə hücumlarına cavab olduğunu qeyd edib: "Yəmən Silahlı Qüvvələri Qırmızı dəniz və Oman dənizində ölkəmizə qarşı hücumda iştirak edən Amerika və İngiltərə hərbi gəmilərinin qüvvələrimizin hədəf daxilində olduğunu və qanuni müdafiə hüququ çərçivəsində onların daim hədəf alınacağını bəyan edir".

Tahir Şəlvəli

Mia.az