Qəzzada həlak olan mülki əhalinin sayı günü gündən artır.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyinin Qəzza üzrə sözçüsü Əşrəf əl-Qudra son məlumatı paylaşıb.
Onun sözlərinə görə, son 24 saatda Qəzzada daha 114 fələstinli öldürülüb, 249 nəfər isə yaralanıb: "Bununla da 7 oktyabrdan bu yana Qəzzada öldürülən fələstinlilərin sayı 26 min 751, yaralı sayı isə 65 min 636-a yüksəlib".
Səhiyyə Nazirliyinin sözçüsü bildirib ki, bütün bunlarla bərabər, dağıntılar altında yüzlərlə ölü var: "Təəəssüf ki, İsrailin fasiləsiz hücumlarına görə onların cəsədlərini çıxara bilmirik".
Firudin Səfərli
MİA.AZ