Şimali Koreya daha 2 ölkədəki səfirliyi bağlayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ölkənin yaşadığı maliyə problemi ilə bağlı Honq-Konq və Liviyadakı səfirliklərin qapadılmasına qərar verilib.
Məlumata gərə, son aylarda bəzi ölkələrdə səfirliklərin bağlanması qərarlarından sonra Şimali Koreyanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin sayı 53-dən 44-ə düşüb.
Xəbərdə deyilir ki, son iki ayda Şimali Koreya Anqola, Uqanda, Banqladeş, Nepal, İspaniya, Seneqal və Qvineyadakı səfirliklərini bağlayıb: "Böyük ehtimalla hələ bir neçə ölkədə səfirliklər qapadılacaq. Çünki ölkənin xaricdə səfirlik saxlamağa pulu yoxdur...".
Firudin Səfərli
MİA.AZ