Xəbər verildiyi kimi, CHP İzmir Böyükşəhər Bələdiyyə sədrliyi ilə yanaşı, şəhərin rayonlarına namizədlərin adlarını açıqlayıb.
Mia.az Türkiiyə mətbuatına istinadla xəbər verir ki, namizədlər arasında ən çox diqqət çəkən şəxs isə məşhur məşqçi Mustafa Dənizlinin qızı Lal Dənizli olub.
Məlumata görə. 32 yaşlı Lal Dənizli İzmirin Çeşmə bələdiyyə başqanlığına namizəd olaraq irəli sürülüb.
Onu da qeyd edək ki, CHP İzmir Böyükşəhər Bələdiyyə Başçılığına Cəmil Tuqayın namizədliyini irəli sürüb.
Lal Dənizliyə gəldikdə isə, o, 1991-ci ildə anadan olub. Vaxtilə “Qalatasaray” və “Beşiktaş”ın, eləcə də yığmanın baş məşqçisi olan Mustafa Dənizlinin qızıdır. O, "Pierre Loti" adına fransız liseyində oxuyub. Daha sonra İstanbul Bilgi Universitetinin Siyasi Elmlər Fakültəsini bitirib. Daha sonra Beynəlxalq Münasibətlər üzrə magistratura pilləsini bitirib. CHP Gənclik Qollarında fəal işləyib.
Tahir Şəlvəli
MİA.AZ