"Şimali Koreya yenə qanadlı raketlər buraxıb".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı Cənubi Koreya Baş Qərargahı yayıb.

Qərargahdan bildirilib ki, Şimali Koreya yerli vaxtla saat 07:00-da Sarı dənizə doğru növbəti qanadlı raketlər atıb.

Açıqlamada qanadlı raketlərin sayı, uçuş məsafəsi, orbitləri və hədəfki haqda informasiya verilməyib. Ancaq bunun bölgədə gərginliyi artırdığı xüsusi vurğulanıb: "Ordumuz Şimali Koreyanın təxribatlarını yaxından izləyir".

Seulda yerləşən Yonhap xəbər agentliyi bildirib ki, bu, Şimali Koreyanın son bir həftə ərzində üçüncü qanadlı raket sınağıdır.

Samir Musayev

MİA.AZ