İsveç BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım üzrə Agentliyinə (UNRWA) maliyyə dəstəyini dayandırıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu qərar İsrailin "UNRWA"nın bəzi işçilərinin HƏMAS-a dəstək verməsi barədə iddialarına görə verilib.
İsveç Xarici ticarət naziri Johan Forssell bildirib ki, bu qərarı doğru olaraq qəbul ediblər: "Biz ölkə olaraq həmin təşkilata yardımı dayandırdıq. Ona verilən dəstəyi isə Dünya Qida Proqramı və Qırmızı Xaç kimi təşkilatlara göndərəcəyik".
Xatırladaq ki, İsrailin açıqlamasından sonra Almaniya, İsveçrə, İtaliya, Kanada, Finlandiya, İslandiya, Avstraliya, İngiltərə, Hollandiya, ABŞ, Fransa, Avstriya, Yaponiya və Estoniya "UNRWA"ya maliyyə dəstəyini müvəqqəti olaraq dayandırıblar.
Norveç, İrlandiya və İspaniya isə "UNRWA"ya dəstəyi davam etdirəcəklərini bildiriblər.
Firudin Səfərli
MİA.AZ