Prezident İlham Əliyev bu gün qanun imzalayıb.
Mia.az xəbər verir ki, yeni qanun "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə olub.
Sənədə əsasən, ödənilən hər hansı kompensasiyaya görə heç bir rüsum və ya dövlətin xeyrinə alınan hər hansı digər ödəniş (vergi istisna olmaqla) tutulmur.
Bu qanuna əsasən, ödənilən hər hansı kompensasiyaya görə vergidən azad edilmə Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyənləşdiriləcək.