İranda İsrailin xeyrinə casusluqda ittiham olunan şəxslər edam olunub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İranda İsrail kəşfiyyat xidməti "Mossad" adına fəaliyyət göstərmək ittihamı ilə mühakimə olunan 4 nəfərin edam cəzalarını icra edib.

Fars Xəbər Agentliyinin məlumatına görə, Məhəmməd Feramerzi, Muhsin Mazlum, Vefa Azərbər və Pejman Fatihin bu gün səhər saatlarında həyatlarına son verilib.

Məlumata görə, edam olunan şəxslər İraqın şimalından İrana sızaraq, İsfahanda müdafiə sənayesi obyektinə hücum planı hazırlayarkən tutulublar.

Firudin Səfərli

MİA.AZ