Avstriya Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım üzrə Agentliyə (UNRWA) maliyyə dəstəyini dayandırıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ölkənin Baş naziri Karl Nehammer sosial media platformasında paylaşım edib.

O bildirib ki, bu qərar təşkilat əməkdaşlarının İsrailə ötən ilin oktyabrın 7-də hücum edən HƏMAS-a dəstək verməsi barədə iddialara əsasən verilib:  "Bu iddiaların hərtərəfli, operativ və şəffaf araşdırılmalıdır".

Qeyd edək ki, İsrailin irəli sürdüyü bu iddiadan sonra Almaniya, İsveçrə, İtaliya, Kanada, Finlandiya, Avstraliya, İngiltərə, Hollandiya, Fransa və ABŞ "UNRWA"ya maliyyə dəstəyini müvəqqəti olaraq dayandırdıqlarını açıqlayıblar.

Xatırladaq ki, İsrailə qeyd-şərtsiz dəstəyi ilə tanınan Avstriya keçən il BMT-nin Qəzzaya fövqəladə humanitar atəşkəslə bağlı qətnamə layihəsində "yox" səsi vermişdi.

Firudin Səfərli

MİA.AZ