Ötən həftələrdə sənət sahəsində onun konsertlərinə problem yaradanların olduğundan şikayətlənən türkiyəli müğənni Aleyna Tilki dünən axşam Kiprdə səhnəyə çıxıb.
Mia.az xəbər verir ki, bu dəfəki konsertində o, mahnılarından daha çox, geyimi ilə diqqəti çəkib.
Məlumata görə, qısa don geyinən müğənninin səhnədəki davranışı izləyicilərinin çoxunu məyus edib.
Əksər sosial media izləyicisi isə müğənnini "ədəbsizlik"də ittiham edib: "Bu cür müğənniləri elə səhnəyə qoymasalar, yaxşıdır...".
Ləman
MİA.AZ