Xəbər verdiyimiz kimi ATV telekanalında yayımlanan “Bizimləsən” proqramı yarımçıq dayandırılıb.
Mia.az xəbər verir ki, buna aparıcı Zaur Baxşəliyevin özünü pis hiss etməsi səbəb olub.
Aparıcı məsələ barədə açıqlama verib: "Dünən mənə görə narahat olan,dualar edən hər kəsə sonsuz təşəkkür edirəm. Şükür Allaha yaxşıyam. Hər şey qaydasındadır . Təziqim yüksəldiyi üçün verilişin son saatını sizinlə bırabər ola bilmədim. Bu gün yaxşıyam ,şükür . Hər kəsə sonsuz təşəkkür edirəm. Sağlamlığınızın qeydinə qalın .Allah qoysa bu gün saat 15:00 da yenə də sizə Bizimləsən deyəcəyik . Allah hamınızı qorusun . Özümə borc bildim burda sizə müraciət edim . Nigaran qalmayın bu gün yaxşıyam, biraz narahatlıq qalıb o da keçər Allahən izni ilə".