«Kapitalbank»ın Neftçala rayon
şöbəsinin müdiri Telman Qorçiyevlə Neftçala rayon İcra Hakimiyyətinin başçısı
İsmayıl Vəliyevin arasında ciddi qalmaqal yaranıb.
Mia.az-a Neftçaladan daxil olan
məlumata görə, «Kapitalbank»ın Neftçala rayon şöbəsinin müdiri Telman Qorçiyev
rayon icra başçısı İsmayıl Vəliyevi və rayon Maliyyə İdarəsinin müdiri Rəşid
Manafovu təhdid edib. Məmurların arasında problem rayona ayrılan pulların,
həmçinin tenderlərdə qalib gələn MMC-lərə pul köçürülməsi ilə bağlı olub.
Ayrılan vəsaitlərdən özünə pay tələb edən Telman Qorçiyev əks təqdirdə abadlıq
işləri üçün köçürülən pulların bank əməliyyatlarını və MMC-lərə ayrılan
vəsaitlərin hansı yolla mənimsənildiyi barədə məlumatları yayacağı ilə bağlı
icra başçısını və maliyyə idarəsinin müdirini təhdid etdiyi bildirilir. Hətta
münaqişə o hətta çatıb ki, Telman Qorçiyev Rəşid Manafovun bacısı oğlunun
bankdakı işinə son qoyub.
Mia.az-a verilən məlumata əsasən,
bir zamanlar Rəşid Manafovun hamiliyi ilə «Kapitalbank»ın Neftçala rayon şöbəsinin
müdiri olan Telman Qorçiyevin indiki fəaliyyətinin arxasında da özəl səbəblər
gizlənir: «Bank müdiri artıq özünə daha güclü dayaq tapıb. O, Milli Məslisin
sədr müavini Valeh Əsgərovla yaxın əlaqələr qurmaqla, rayonda cəsarətli mövqe
göstərməyə başlayıb».
Mia.az-a Neftçalada yaranmış
qarşıdurma ilə bağlı digər maraqlı məlumatlar da daxil olub. Həm bu, həm də
Telman Qorçiyevin bankda olan 17 minlik yeyintinin üstünü necə ört-basdır
etməsi, buna görə kimləri qurban verməsi, «Kapitalbank»ın Neftçalada aidit
aparan Mübariz adlı nümayəndəsi ilə hansı yöndə danışıqlar aparılması, həmçinin
bank müdiriylə Valeh Əsgərovun tanışlığının necə yaranması və nəyə «söykənməsi»
haqda olaylara qarşı tərəfdən münasibət öyrənmək hələlik mümkün olmadığından
yazmadıq. Bu və ya digər məlumatlarla bağlı qarşı tərəfin mövqeyini dinləməyə
hazırıq.
Mia.az