Mia.az saytında Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyx Hacı Allahşükür Paşazadənin qızı, deputat Qalib Salahzadənin isə gəlini olan Xatirə Salahzadənin mülk davası haqda xəbər vermişdik.
Mia.az-ın məlumatında qeyd olunurdu ki, Xatirə Allahşükür qızı Salahzadə Bakı Şəhər İcra Hakimiyyəti
ilə birgə rəsmi iddiaçı qismində Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz
Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsini məhkəməyə verib. Maraqlı
burasıdır ki, Şeyxin qızı və deputatın gəlini olan Xatirə xanım başda Kərəm
Həsənovun sədri olduğu Əmlak Məsələləri Dövlət Komitəsi olmaqla, iddia etdiyi mübahisəli
torpaq sahəsində fərdi yaşayış evləri tikmiş Seymur İsrafil oğlu Quliyev, Nuru Məcid
oğlu Əliyev, həmçinin tanınmış nüfuzlu şəxslərdən birinə bağlı olan "İnşaat Servisez” MMC-yə qarşı da şikayət vermişdi.
Mia.az-ın məlumatına görə, Şeyxin
qızı Xatirə Salahzadə komitənin müvafiq idarəsi tərəfindən üçüncü şəxs qismində
adları çəkilən fiziki və hüquqi şəxslərin adına verilmiş torpaq sahəsi və yaşayış
evlərinə dair mülkiyyət hüquqlarının qeydiyyatı sənədlərinin ləğv edilməsini tələb
edir: «Artıq Şeyxin qızının iddia ərizəsinə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə
baxılıb. Lakin burada iddia mübahisəsinə son qoyulmayıb. Ona görə də
2-1(103)-933/2014 saylı iş üzər apellyasiya şikayəti verilib».
Mia.az-ın əldə etdiyi məlumata görə, deputatın
gəlininin şikayətinə ötən gün Bakı Apellyasiya Məhkəməsində baaxılıb. Sözügedən
məhkəmənin hakimi Mirzə Tağızadə Xatirə Salahzadənin şikayətini geri qaytarıb. Hakimin
bu qənaətə gəlməsinin dəqiq səbəbləri bilinməsə də, apellyasiya şikayətinin qeyri-mümkün
hesab edilməsi maraqlıdır.
Mülk davasının məğzinə gəldikdə
isə, Mia.az xəbər verir ki, xeyli müddətdir Qalib Salahzadəylə adıçəkilənlər
arasında belə bir problem yaşanır. Məlumatlı şəxs deyir ki, mübahisəli
ərazi Bilgəh qəsəbəsində, A.Salahzadə küçəsi, döngə 21-də yerləşir.
Yazıda
adları çəkilənlərin hər birinin mövqeyini də dinləməyə hazırıq.
Mia.az