Türkiyədə dəniz sahilində daha 2 cəsəd tapılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bununla da son 5 gündə sahildə tapılan cəsədlərin sayı 8-ə çatıb.
Hadisə ilə bağlı açıqlama verən Antalya valiliyi bildirib ki, bu gün Serik rayonundakı çimərlikdə bir-birindən 500 metr aralıda daha iki meyiti aşkarlanıb: "Hər iki cəsəd şəxsiyyətlərinin müəyyən edilməsi üçün Antalya Tibb Qurumuna göndərilib".
Türkiyə mətbuatı yazır ki, çürümüş cəsədlər dənizdə nə vaxtsa batmış və itkin kimi sənədləşdiirlmiş miqrantların cəsədləri ola bilər.
Zülfiyyə
MİA.AZ