İsrail qüvvələri son 24 saatda İordan çayının qərb sahilində həbsləri davam etdirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, son 24 saatda daha 35 fələstinli saxlanılıb.

Məlumata görə, bununla da 7 oktyabr 2023-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahilində İsrail qüvvələri tərəfindən saxlanılan  fələstinlilərin sayı 6 min 255-ə yüksəlib.

Fələstin Məhbuslar Dərnəyi bildirib ki, fələstinlilər ağır şərtlər altında hər hansı bir ittiham irəli sürülmədən həbsdə saxlanılırlar.

Tahir Şəlvəli

MİA.AZ