Müğənni Hadisə haqqında yayılan sevgi münasibətləri ilə bağlı şayiələrə reaksiya verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, bu barədə sosial media hesabından paylaşım edib.
Müğənni haqqında yayılan iddianı təsdiqləməyib: "Dedi-qodularla bağlı şikayət etmək və ya əsəbiləşmək istəmirəm. Son zamanlar görürəm ki, bir çoxları haqqımda sevgi hekayələri uydurur, hətta adlar çəkirlər...
Bir daha demək istəyirəm, əgər həyatıma həqiqətən dəyər verdiyim biri girərsə, onu sizinlə paylaşacağam. Çünki mən sevgini və aşiq olmağı çox sevirəm. Əmin olun, o vaxt gələndə hər zaman olduğu kimi, öz hisslərimi sərbəst ifadə edəcəm”.
Ləman
MİA.AZ