ABŞ-ın paytaxtı Vaşinqtonda məktəblərə bomba təhdidləri olan mesajlar göndərilib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bir çox məktəbə "bomba var" xəbərdarlıq zəngləri ilə əlaqədar araşdırma başladılıb.
Vaşinqton Polis Departamentinin sosial media platformasında verilən açıqlamaya görə, Vaşinqtonda bir neçə məktəbə eyni anda bomba təhdidləri olan elektron məktublar göndərilib: "İddialarla bağlı geniş miqyaslı araşdırma aparılır. Bu səbəbdən bir neçə məktəb boşaldılıb, axtarışlar gedir".
Məlumatda qeyd olunur ki, "Holy Cross" Kollecinə də belə xəbərdarlıq gəlib: "Bu səbəbdən məktəb boşaldılıb. Lakin heç bir şübhəli paket və ya təhlükə aşkar edilməyib".
Tahir Şəlvəli
MİA.AZ