Türkiyədə 22 il əvvəl silahlı hücumda şəhid olan Diyarbakır polis rəisi Əli Qaffar Okkanın qətli işində Hizbullah üzvlüyünə görə 15 ilə qədər həbs tələbi ilə həbsdə olan Ali Bilməz HÜDA PAR tərəfindən bələdiyyə başqanlığına namizəd olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, onun Diyarbakırin Bismil rayon bələdiyyəsindən namizədliyi irəli sürülüb.

Xatırladaq ki, Bilmez 2001-ci ildə Diyarbakır 2 saylı məhkəməsində keçirilən iclasda polis rəisin qətlinə görə müttəhimlər Mehmet Sabir Özdəmir, Alaaddin Tonqa və Fesih Gülər ​​ilə birlikdə müttəhimlər kürsüsündə oturub.

Məhkəmədə "Hizbullah"ın Siirt vilayətindən məsul olan müttəhim Mehmet Sabir Özdemir Türkiyə Cəza Məcəlləsinin 146-cı maddəsinə əsasən edam cəzasına məhkum edilib. Digər şübhəlilər Alaaddin Tonga, Fesih Güler və Ali Bilmez haqqında isə 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası istənilib. Lakin Bilməz Türkiyə Cəza Məcəlləsində terror təşkilatına üzvlüklə bağlı maddə dəyişdirildikdən sonra sərbəst buraxılıb.

Tahir Şəlvəli

MİA.AZ