Paylaşdığı seksual məzmunlu status və fotolarla tanınan fenomen Gizem Bağdaçiçeklə bağlı istintaq tamamlanıb. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul Prokurorluğu Gizem Bağdaçiçekin "ictimai yerdə dəbsizlik", "dini dəyərləri açıq şəkildə təhqir etmək" ittihamı ilə açılan cinayət işinə əsaslanaraq ona  1 il 9 aya qədər həbs cəzası istəyib.

Xəbərdə deyilir ki, seksiual foto paylaşımına görə ötən ayın 7-də şikayətlər əsasında saxlanılan və ifadəsindən sonra sərbəst buraxılan Gizem Bağdaçiçek yaxın günlərdə məhkəməyə çıxarılacaq.

Məsələ ilə bağlı açıqlama verən fenomen peşman olduğunu deyib: "O şəkilləri paylaşmaqda heç bir pis niyyətim yox idi. Paylaşdığım bəzi sözlər isə  bəstəkarların yazılarıdır. İslam dinini təhqir etmək fikrim yoxdur. Bunlara görə təəssüflənirəm, peşmanam...".

Ləman

MİA.AZ