Türkiyədə məşhur Dilat və Sinan olatların həbsi ilə başlayan sosuil media fenomenlərinin  ovu çərçivəsində istintaqa cəlb olunan və bütün mal varlıqlarına həbs qoyulan bloger/fenomen Neslim Güngen son canlı yayımda ağlayaraq ərini xəyanətdə ittiham edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki,  Neslim Güngen 11 illik həyat yoldaşı İnanç Güngenin ona xəyanət etdiyini ağlayaraq izləyicilərinə nəql edib.

Fenomen paylaşdığı videoda bildirib ki, hazırda çox çətin günlər keçirir: "Hər kəsə salam, ilk öncə belə bir video çəkməyim üçün üzr istəyirəm. Mən heç vaxt ağlamamışam. Mən heç vaxt emosiyalarımı göstərməmişəm. Ağlayacaq olsam da, pərdə arxasında ağlamağa üstünlük verdim. Bəli, çox çətin günlər keçirirəm. Təhqiqat məqsədilə ay yarıma yaxındır ki, hesablarımız həbsdədir. Özümə çox güvənirdim. Mən o qədər çox şey bilirdim ki, heç bir səhv etmirdik. Ona görə istintaqa dedim ki, hər şeyi araşdırın. Onlar hələ də araşdırma aparırlar."

Bunlar önəmli deyil, məqsədim bunları danışmaq deyil. Şirkətlərimizə qəyyum təyin olunmayıb. Bir çox ixtisaslı işçilər işlərini tərk edirlər. Hələ də ayaq üstə qalmağa çalışıram, amma bu həyatda ən böyük sərvətim ailəmdi. Övladlarımın atası idi. İkinci dəfə güvəndiyim və evləndiyim adam idi. Amma bu prosesdə etdiyi ən böyük səhvi o, etdi. Bunu bilmənizi istəyirəm. istintaq prosesində mıni tək buraxdı, evə gəölmədi düz əməlli. Sonra bildim ki, məni işçilərimizdənbiri ilə aldadır. Yanıma gəlib həyasızcasına deyir ki, "mən buyam, belə olacam. Xoşun gəlmirsə, ayrıl, get...". Bu sözlərdən sonra necə güclü qala bilərəm, siz qadınlar məni anlayacaqsınız. Uşaqlarımın atasının məni aldatmasını qəbul edə bilmirəm".

Ləman

MİA.AZ