Yeni rektor Ədalət Muradov tərəfindən Dövlət İqtisad Universitetində İctimaiyyətlə
əlaqələr və tələbələrlə iş üzrə prorektor vəzifəsindən azad edilən hakim Yeni Azərbaycan
Partiyasının universitet təşkilatının sədri Zəfər Bayramova qarşı xüsusi
ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə prosesi iyun ayının 24-də
davam etdiriləcək.
Bu barədə Mia.az-a daxil olan məlumata görə, YAP-çı
sədrin məhkəməyə verilməsinə səbəb mərhum prezident Heydər Əliyevin vaxtı ilə universitetin
yubileyində etdiyi çıxışı təhrif edilməsi olub. Bu və ya digər məsələlər ətrafında
YAP-ın universitet üzrə təşkilatının sədri Zəfər Bayramovun mətbuatda verdiyi
açıqlamalar isə elə həmin universitetin rektorunun sabiq müşaviri, iqtisad elmlər
doktoru Bədirxan Musayevin kəskin narazılığına səbəb olub. İş Yasamal rayon
Məhkəməsində araşdırılsa da, həmin məhkəmənin hakimi iddianı geri qaytarıb.
Lakin Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirpaşa Hüseynov Qasamal
məhkəməsinin qərarından verilmiş şikayət ərizəsində yer alan ifadələrlə bağlı
ekspertiza təyin edib. May ayının sonunda ekspertizadaan gələn rəy isə Zəfər Bayramovun
əleyhinə olub.
Mia.az-a daxil olan məlumata görə, YAP-çı sədrə
qarşı Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə xüsusi ittiham
qaydasında iddia qaldırılıb: «Hakim Mirpaşa Hüseynov iş üzrə iyunun 11-nə təyin
etdiyi iclası tərəflərdən birinin
məhkəmədə iştirak etməməsi səbəbindən təxirə salmalı ollub. O, şikayətə iyunun
24-də baxacaq»
Mia.az