Qırmızı bülletenlə axtarışda olan əslən Özbəkistandan olan "Madam Klod" ləqəbli "Fahişələr kraliçası" Nilufər Mirxanova Türkiyədə tutulub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bir çox ölkədə fahişəxanalara "fahişə transferi" həyata keçirən Nilufər Mirxanova Çanaqqalanın Ayvacık rayonunda yaxalanıb.

Məlumata görə, o, əsasən Rusiya, Belarus, Qırğızıstan, Türkmənistan və Özbəkistandan çoxlu sayda qadını qanunsuz yolla Türkiyəyə keçirərək, burada müxətlif ölkələrdəkki fahişəxanalara satıb: "O, keçirilən əməliyyat tədbirləri nəticəsində Küçükkuyudakı evində saxlanılıb. Müvafiq sənədləşmələr həyata keçirildikdən sonra o, Özbəkistan hüquq-mühafizə orqanlarına təhvil verlib".

Firudin Səfərli

MİA.AZ