İki dəfə gözəllik kraliçası Alondra Merkado Kampos silah qaçaqmalçılığına görə həbs edilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, onun Boliviyadakı evindən çoxlu sayda silah və sursat tapılıb. 

Məlumata görə, "Miss Boliviya Mundo 2020" və "Miss Charm Boliviya 2023" seçilən 22 yaşlı Alondra Merkado Kamposun evində daxil olan şikayətlər üzrə axtarış aparılıb: "Onun evindən AK-47 avtomat silahları və onun xeyli güllələri və digər silah-sursatlar tapılıb. Bu faktdan sonra məşhur model məhkəmə qərarı ilə həbsxanasına aparılıb. Onun barəsində 30 günlük həbs qətimkan tədbiri seçilib".

Xəbərdə o deyilir ki, modelin maşınında narkotik maddələr də aşkarlanıb.

Ləman

MİA.AZ