Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənova hakimiyyətin yüksək dairələrindən xəbərdarlıq edilib.
Bu barədə daxil olan özəl məlumatda bildirilir ki, bir sıra rayonlarda Kərəm Həsənovun şirkətlərinin apardığı tikinti və abadlıq işlərində ciddi mənimsəmələr aşkarlanıb. Bununla bağlı komitə sədrinə yüksək səviyyədə xəbərdarlıq edildiyi bildirilir.
Mənimsəmə halları daha çox Cəlilabad rayonlarında aşkarlanıb. Bunula bağlı həmçinin komitə sədrinin qardaşı, millət vəkili Malik Həsənovun da tənbeh edildiyi qeyd olunur. Məlumata əsasən Kərəm Həsənovdan bir sıra şirkətlərin alınması istisna olunmur(PİA).
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.