Rəqqasə Fatimə Fətəliyeva teleqraf.com-a müsahibəsində
beynəlxalq müsabiqələr laureatı Şəhriyar Cəfərovu təhqir edib. O, Beynəlxalq
Müsabiqələr Laureati Ş.Cəfərovu bu dəfə milçəyə bənzədib: "Mən onlara
vızıldayan milçək deyirəm. Şəhriyar balet oynayandır, getsin baletini oynasın.
Ayağını qaldırsın göylərə, balet oynasın. Onun heç milli rəqslərdən başı
çıxmır. Şəhriyar yaxşı rəqqas olsaydı, onu İncəsənət Gimnaziyasından
qovmazdılar”.
Beynəlxalq müsabiqələr laureatı Şəhriyar Cəfərov isə
həmkarına AzNews.az vasitəsilə cavab verib: "Fatimə deyir ki, Şəhriyar
gedib ayağını qaldırsın. Bu onun göstəricisidir ki, o, bu sənətdə
qeyri-peşəkardır. Ümumiyyətlə, balet və xoreoqrafiya sənətindən anlayışı
olmayan insan balet sənətinin çətinliyini bilmədiyinə görə, onu ancaq bu sözlə
ifadə edə bilər: "getsin ayağını qaldırsın”. Bu, onun balet sənətindən
anlayışının olmamasının sübutudur. İkincisi, o, mənim sənətimə qiymət vermək
üçün gərək bu həyatı 5 dəfə yaşasın. Kimdir ki, o, mənim sənətimə qiymət
versin? Mənim sənətimə qiyməti beynəlxalq müsabiqələrdə beynəlxalq münsiflər
verib. Qaldı ki, onun guya, məni İncəsənət Gimnaziyasından qovublar ifadəsinə,
mənim əlimdə fakt və sübut var. Mən oradan özüm uzaqlaşmışam. Çünki mən Müdafiə
Nazirliyinin Silahlı Qüvvələrinin Mahnı və Rəqs Ansamblına qəbul olunduğuma
görə, gimnaziyadan çıxdım. Əmr var, baxa bilərlər. Mən Azərbaycan əsgərinin
alqışını alıramsa, bu mənim üçün ən böyük sənətdir. Mən o ansamblda milli
rəqsləri oynayıram. Bu onun göstəricisidir ki, ümumiyyətlə, onun mənim
sənətimdən xəbəri yoxdur”.
Ş.Cəfərov əlavə edib ki, "mən onlara milçək vızıltısı
deyirəm” ifadəsi Fatiməyə baha başa gələcək: "Bir neçə il bundan əvvəl
onun bir müsahibəsi vardi. Demişdi ki, "İt hürər karvan keçər”. Məqalə
belə getmişdi - "Fatimə şəhriyar Cəfərovaya it dedi”. Mən o zaman dedim
ki, Fatimənin ünvanıma işlətdiyi təhqir ifadəsinə görə bu dəfə onu keçirəm.
Amma gələn dəfə bu hal bir də təkrarlansa, bunu Fatiməyə bağışlamayacam. Mənim
şərəf və ləyaqətimə ləkə gətirəcək ifadə işlətsə, mən onu məhkəməyə verəcəm. O,
məni milçəyə, itə bənzədir, artıq bu, təhqirdir. Mən buna görə Fatiməni
məhkəməyə verəcəm. Güman edirəm ki, yaxın günlərdə biz onunla məhkəmədə
görüşəcəyik. Mən rəqs sənəti ilə məşğul olanda Fatimə bu sənətdə yox idi”.