Sosial media hesabında pul qarşılığında soyunan, sinəsini açan "Lazqızı34" kimi tanınan Gül Hatuna cinayət işi açılıb.

Mia.az Türkiyə mətbuatına istinada xəbər verir ki, az əvvəl "TikTok"da yarıçılpaq canlı yayımı ilə 160 min lirə qazanan "Lazqızı34" İstanbulda saxlanılsa da, ifadəsi alındıqdan sonra o, sərbəst buraxılmışdı.

Lakin bu gün bəlli olub ki, Anadolu Baş Prokurorluğu onun barəsində cinayət işi açıb, ittiham hazırlayıb.

İttihamda ifadəsi yer alan "lazkızı34" əməlininn cinayət tərkibli olduğunu bilmədiyini deyib: "Həm də mən buna görə həmin canlı yayımda 160 min lirə yox, cəmi 30 lirə qazanmışam...".

Türkiyə mətbuatı yazır ki, prokurorluq onun ictimaiyyət qarşısındakı hərəkətini əxlaqsızlıq və cəmiyyətin əxlaqı normalarına zidd hallar kimi qiymətləndirib və ona 6 aydan 2 ilədək həbs tələb edən iddianamə hazırlayıb.

Ləman

MİA.AZ